Qaz istismarı ilə bağlı yeni cərimələr tətbiq olunacaq

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyən edilib.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əks olunub.

Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.

Share: