Britaniya: “Rusiya ordusu Ukraynanın şimalından tamamilə çıxarılıb”

Rusiya ordusu Ukraynanın şimalından tamamilə geri çəkilib.

Millətin Səsi.az xəbər xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi bəyan edib.

Məlumata görə qoşunlarının bir hissəsi qonşu Belarusiyaya çıxarılib.

Qoşunların digər hissəsi şərq Donbas bölgəsində döyüşmək üçün yenidən yerləşdirilib. Bununla belə, bəyanata görə, bu qoşunların yenidən döyüşmək üçün ciddi təlimə və tədarükə ehtiyacı olacaq. Səhər brifinqində qoşunların yenidən döyüşmək üçün hazırlığına ən azı bir həftə vaxt lazım olduğu bildirilib.

Qoşunlar şimaldan geri çəkildikcə şərqdə və cənubda atəş və hücumlar davam edir. Rusiya qüvvələri cənubda strateji əhəmiyyətli İzyum şəhərində də irəliləyib.

Şimalda Ukrayna qoşunları əvvəllər rus qoşunlarının yerləşdiyi yerlərə nəzarəti bərpa edib. Bu bölgələrdə çoxlu sayda qəbirlərə rast gəlinir və dağıntının miqyası üzə çıxır.

Share: