Qazaxda qaz təchizatında fasilələr olacaq

Oktyabrın 3-də ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq.

“Azəriqaz” İB-dən Milletinsesi.az-a verilən məlumata görə, saat 14:00-dan 16:00-dək 2 saat müddətinə “Qaz İxrac” İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq. Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.

Share: