Qazaxıstanla Azərbaycan arasında gələcək əməkdaşlığa böyük nikbinliklə baxıram

Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq.

 

Moderator.az xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhərinin sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşündə deyib.

 

“Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”, – o bildirib.

Mənbə

Share: