Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Qırğızıstan qardaş Azərbaycan ilə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib.

 

“Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyini həmişə dəstəkləyib. Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəklədiyinizə görə Sizə minnətdarıq. Ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir”, – deyə Qırğızıstan Prezidenti qeyd edib.

 

Prezident Sadır Japarov əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin səfəri və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək.

Mənbə

Share: