Aİ Şurasının komitəsi Ermənistana Müşahidə Missiyasının göndərilməsi haqqında qərar qəbul edib

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi (Aİ üzv ölkələrinin səfirləri) Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq verib.

Məlumatı “Azadlıq” radiosunun erməni dilli xidməti yayıb.

Bildirilib ki, bu gün komitənin qapalı iclasında məsələ müzakirəyə çıxarılıb və müsbət qərar qəbul olunub.

Bildirilib ki, missiyanın Ermənistana gedəcəyi birmənalıdır. Hazırda Müşahidə Missiyasının sayı, onların yola düşəcəyi tarix müzakirə olunur.

Mənbə

Share: