“Qış yaxınlaşır, Putin bundan dinc ukraynalılarla mübarizədə istifadə edəcək…”

“İşğalçılar bizi soyuq və qaranlıq qışa düçar etmək  istəyir…”

“Rusiyanın hərəkətləri 1949-cu ilin Cenevrə Konvensiyasının açıq-aşkar pozulmasıdır…”

“Müharibə başlanandan Ukraynada 50 min ev, min qazanxanadan 350- si zədələnib…”

Dünya Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsinin mümkünlüyünü və Zaporojye AES-in atəşlərə məruz qalması ilə bağlı nüvə fəlakəti təhlükəsini həyəcanla müzakirə etməkdədir.

Bu arada isə ukraynalılar üçün daha gerçək təhlükə ondan ibarətdir ki, Rusiya həlledici mülki infrastruktura daha çox qəsdən zərbələr endirə, bununla da on və ya yüz minlərlə insan yaxınlaşan qış şəraitində soyuğa və aclığa düçar oluna bilər.

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşrində dərv edilən müəllif məqaləsində deyilir.

“Lap bu yaxınlarda Rusiya Silahlı Qüvvələri bir neçə həssas hədəflərə zərbələr endirib”, – bunu Putin sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammitində deyib. – Hesab edək ki, bunlar xəbərdaredici zərbələrdir. Əgər vəziyyət indiki istiqamətdə davam edərsə, cavabımız daha ciddi olacaq”.

Putinin dediyi zərbələr Ukraynanın Xarkov, Zmiyev, Pavloqrad və Kremençukdakı elektrik stansiyalarına 11-12 sentyabrda endirilən raket zərbələridir, nəticədə Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinin bir hissəsi susuz və elektriksiz qalıb.

İki gündən sonra, sentyabrın 14-də Rusiya Krivoy Roq yaxınlığındakı Karaçunovsk su anbarının bəndinə zərbə endirib, bu da mümkün daşqın və yerli su təchizatının pozulması təhlükəsi yaradıb.

Ukraynanın mülki infrastrukturuna hücumlar yeni deyil və Rusiyanın 24 fevralda başladığı andan baş verir, lakin sentyabrın əvvəlində Rusiya ordusunun Xarkov vilayətindən alçaldıcı geri çəkilməsindən sonra daha koprdinasiya edilən xarakter alıb.

Rusiyalı təbliğatçılar və hərbyönümlü Telegram-kanallar son zamanlar Ukraynanın mülki infrastrukturunun qəsdən məhv edilməsi ideyasını fəal şəkildə yeritməklə məşğuldur.

Belə kampaniyanın minlərlə hədəfləri- elektrik stansiyaları və enerjitəchizatından su təchizatı, internet, dəmiryolu və nəqliyyat qovşaqlarınadək olacaq.

Ərzaq və dərman preparatlarının tədarükünün pozulmasına gətirib çıxaran istənilən hücumlar bütöv regionlara, xüsusilə onlar qarşıdakı qış mövsümündə baş verəcəksə, dağıdıcı təsir göstərə bilər.

Hesab edilir ki, Ukraynanın energetika infrastrukturu Rusiyanın hücumuna xüsusilə məruz qalma riskinə malikdir. Şəhərlərin yaşayış rayonları qazla işləyən elektrik stansiyaların köməyilə mərkəzləşmiş qaydasa istiliklə təmin edilir, lakin sındırılan pəncərələri və dağıdılan divarları olan çoxmənzilli evləri qızdırmaq təhlükəlidir, çünki borular dona bilər və yerli sistemi dağıda bilər.

Son hesablamalara görə, Rusiyanın müdaxiləsi zamanı ölkə böyunca 50 min bina, o cümlədən yaşayış evləri, həmçinin min qazanxanadan 350-i zədələnib, bunu oktyabrım 3-də brifinqdə icmalar və ərazi inkişafı işləri üzrə nazir Aleksey Çernışov məlumat verib.

Məmurlar insanlara odundan elektrik generatorlaradək hər şeyi tədarük etməyə çağırış edib. Bir çoxları elektriklə işləyən qızdırıcılar əldə edib. Lakin elektrik şəbəkələri bu zaman həddən artıq yüklənə bilər.

Məmurlar infrastruktur və milli energetika ehtiyatları haqqında təfsilatı açıqlamır və bunu müharibə dövrünün məxfiliyi ilə uzah edir. Lakin ötən şənbə günü  ölkənin cənubunda iki yarımstansiyanın sentyabrın sonunda Rusiyanın hücumları nəticəsində “tamamilə dağılması” barədə bəyan edilib.

“Heç də hər şey bizdən asılı deyil, çox şey raketlərin haraya düşməsi və necə məhv edilməsindən asılı olacaq.

İşğalçılar bizi soyuq və qaranlıq qışa düçar etmək istəyir”, – bunu Xarkov şəhərinin meri İqor Terexov deyib.

Hətta müharibədən xeyli yan keçən Qərbi Ukraynadakı Lvov şəhərinin meri hər ehtimala qarşı odun tədarük etməyi məsləhət görüb.

Rusiyanın hərəkətləri 1949-cu ilin Cenevrə Konvensiyasının açıq-aşkar pozulmasıdır, bu Konvensiya müharibə zamanı humanitar davranışın beynəlxalq hüquq standartlarını müəyyən edib.

Lakin BMT müstəntiqləri artıq təsdiq edib ki, Rusiya Ukraynada hərbi cinayətlər törədib, təcrid edilən və küncə sıxışdırılan Putin özünün “hərbi əməliyyatının” bundan sonra da iflasa uğramasının qarşısını almaq üçün daha radikal tədbirlərə əl atmağa hazırdır.

Rusiya ukraynalıların müqavimət göstərmək iradəsini sındırmağa cəhd edəcək və, hər şeydən göründüyü kimi, Ukraynanı misli görünməyən mürəkkəb qış gözləyir.

Müəllif: Aleksandra Appelberq

Mənbə

Share: