Qobustanda iki uşaq süni göldə boğuldu

Qobustan rayonunda iki uşaq göldə boğulub.

Hadisə rayonun Acıdərə adlı ərazisində yeni yaradılan süni göldə qeydə alınıb.

Yaxınlıqda yaşayan uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar. Ailələrinin axtarışından sonra məlum olub ki, hər ikisi həmin göldəyuyunarkən boğulub.

Axşam saatlarında onların cansız bədəni sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Share: