Qubada 15 yaşlı qız özünü körpüdən atdı

Qubada 15 yaşlı qız özünü körpüdən atdı

Qubada yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.

Milletinsesi.az “Report”a istinafdən xəbər verir ki, rayonun Möhüc kənd sakini 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Share: