Qubada 3 otaqlı ev yandı

Quba rayonunda 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, rayonun İkinci Nügədi kəndində ümumi sahəsi 100 m² olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Share: