“Qullarda cəsarət ola bilməz…”

“Rusiyanın Ukraynada nüvə silahının tətbiqi bəşəriyyətə qarşı düşmənçilk aktı olacaq…”

 

“Nüvə silahını tam dolğunluqla tətbiq edən yeganə ölkə ABŞ olub…”

 

“Bu, dəhşətli dərəcədə abırsızlıq, Xirosima və Naqasakidə nüvə tonqalında yanan yüz minlərlə yaponiyalının xatirəsinə xəyanətdir…”

 

“Bu rüsvayçılığı yalnız seppuku etməklə yumaq mümkündür…”

 

Medvedev Yaponiyanın baş naziri Kisidaya xarakiri etməyə çağırış edib

 

Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Yaponiyanın baş naziri Fumio Kisidanı “vassal” və “ABŞ-ın xidmət personalı” adlandırıb. 

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Telegram-kanal”ında yazıb. Məlumatı  “Realnoye vremya” (“Gerçək zaman’) nəşri yayıb.

 

Medvedev həmçinin baş nazirə Qərb dünyasında daha çox “xarakiri” kimi tanınan “seppuku” ritual intihara çağırış edib.

 

Rusiyanın yüksək vəzifəli siyasətçisinin belə radikal çağırışına səbəb Kisida və ABŞ prezidenti Co Baydenlə birgə bəyanatı olub.

 

Bəyanatda deyilir ki, Tokio və Vaşinqton “Rusiyanın Ukraynada nüvə silahının istənilən tətbiqi”ni “bütün bəşəriyyətə qarşı törədilən heç nə ilə haqq qazandırılmayan düşmənçilik aktı” kimi qəbul ediləcək.

 

“Bu, dəhşətli dərəcədə abırsızlıqdır, – Medvedev yazır. – Alçaldıcı sədaqət ekstazında Rusiya barəsində cəfəngiyyat danışır, bununla da Xirosima və Naqasakidə nüvə tonqalında yanan yüz minlərlə yaponiyalının xatirəsinə xəyanət edir”.

 

Sabiq baş nazir və sabiq prezident hesab edir ki, Kisida Baydenə xatırlatmalı idi ki, “nüvə silahını tam dolğunluqla tətbiq edən yeganə ölkə ABŞ olub”.

 

“Amma, yox, Kisida amerikalılar üçün yalnız xidmət personalıdır, – Medvedev hesab edir. – Qullarda isə cəsarət ola bilməz”. 

 

Öz postunun sonunda Təhlükəsizlik Şurasının katibi yaponiyalılara “acıyıb”.

 

“Bu rüsvayçılığı yalnız geriyə dönəndən sonra elə nazirlər kabinetinin iclasındaca seppuku etməklə yumaq mümkündür”, – Medvedev məsləhət verib. Lakin o, qeyd edib ki, “bu yapon vassallarına şərəf anlayışı xas deyil”.

 

Bundan öncə xəbər verildiyi kimi, Dmitri Medvedev bəyan edib ki, “düşmən tərəfinə keçən və öz vətəninə ölüm arzulayanlarla” mübarizədə Böyük Vətən müharibəsinin təcrübəsindən istifadə etmək lazımdır.

 

“Müharibə dövrünün qanunları” tətbiq ediləcəklər arasında Leninqrad Dövlət Univesitetinin müdavimi və aspirantı “özlərini bu yaxınlaradək intellektual elitaya aid edən bəzi yaramaz çirkabları” qeyd edib.

Mənbə

Share: