Qum fırtınası 4 nəfərin ölümünə səbəb oldu 

Misirin Menufiye bölgəsində qum fırtınası baş verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, fırtına nəticəsində böyük bir ağac yaşayış binasının üzərinə düşüb.

 

Digər bölgələrdə qum fırtınasının gətirdiyi daş parçaları insanlara xəsarət yetirib.

 

Ümumilikdə qum fırtınası 4 nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub.

Mənbə

Share: