Ramazanın 3-cü günü: Duası, imsak və iftar vaxtı

Bu gün Ramazan ayının üçüncü günüdür.

Millətin Səsi.az-ın məlumatına görə, Qafqaz  İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah- aprelin 4-də  Bakıda imsak saat 04:53-də, iftar isə saat 19:22-dadır.

Ramazan ayının 3-cü gününün duası:

“Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.

Tərcüməsi:

“İlahi, bu gün mənə huşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey səxavətlilərin ən səxavətlisi!”

Allah orucunuzu qəbul etsin!

Share: