“Real” Xamesə qiymət qoydu

“Real” bu yay yolları ayırmağa hazırlaşdığı Xames Rodriqesə qiymət qoyub.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu 28 yaşlı yarımmüdafiəçini 40 milyon avroya satmağı planlaşdırır.

Onunla “Everton”, “Mançester Yunayted”, “İnter Mayami”nin maraqlandığı bildirilir.

Qeyd edək ki,  X.Rodirqes bu mövsüm 13 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib. Onun La Liqa təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Share: