“Real”dan Ramosa yeni müqavilə

“Real” futbolçusu Serxio Ramosla müqavilənin müddətini uzatmağı planlaşdırır.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 34 yaşlı kapitana müddəti 2022-ci ilin yayında başa çatacaq yeni müqavilə təklif edəcək. Bildirilib ki, hər iki tərəf əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Qeyd edək ki, Ramos 2015-ci ildən “Real”da oynayır. Onun klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Share: