“Real”ın oyunu ləğv edildi – koronavirusa görə

Bu gün “Real”la “Rayo Vallekano” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq matçı ləğv edilib.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, buna səbəb “Rayo Vallekano”nun bir futbolçusunun kornovarisa yoluxma şübhəsinin olmasıdır.

Hazırda klub testin nəticəsini gözləyir. Digər oyunçuların sağlamlığını riskə atmamaq üçün görüşün oynanılmamasına qərar verilib.

Share: