“Real”ın sabiq baş məşqçisi Santyaqo Solarinin yeni iş yeri bəlli olub.
Qol.az xəbər verir ki, ispan mütəxəssis “Klub Amerika”nı çalışdıracaq. Bu barədə Meksika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Solari, 2018-ci ilin noyabrından 2019-cu ilin martına qədər “Real”ı çalışdırıb.