Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il üçün bir milyon manata yaxın pul xərcləyəcək.
Bakupost.az xəbər verir ki, ali təhsil müəssisəsi xərclərlə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb və qalib şirkətlərlə müqavilə bağlayıb.
Beləliklə, Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün “A- Delfin- AA” MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün “İnci Grour of Comranies” MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün “Aysberg SH” MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat MMC-yə 24 min 944 manat, idarənin xərcləri üçün “Xəzri Grour” MMC-yə 109 min 769 manat, inventarın alınması üçün “Qardaşlar Mebel-3” MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün “Gesco” ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün “Automax TT” MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün “Aslift” MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün “AZRENA AA” MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün “Automax” TT MMC-yə 19 min 943 manat, cari təmir üçün “Retro Holding” MMC-yə 43 min 999.6 manat ödəyəcək.