Rusiyanın 4 regionunda fövqəladə vəziyyət elan edildi

Rusiyanın dörd regionunda yanğınlar səbəbi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Meşə Təsərrüfatı Agentliyinin rəsmi saytında informasiya yayıb.

Baş nazir Dmitri Medvedyevlə müşavirə zamanı çıxış edən Təbii Sərvətlər naziri Dmitri Kobılkinin sözlərinə görə, meşə yanğınları ilə əlaqədar ən çətin şərait İrkutsk, Krasnoyarsk, Saxa Respublikası və Buryatiya ərazilərində qeydə alınıb. Şəxsi heyətin 95 faizi əraziyə cəlb olunub.

Dmitri Medvedyev isə öz növbəsində məsələni qubernatorların nəzarətdə saxlamalı olduğunu bildirib və Təbii Sərvətlər naziri Kobılkinə vəziyyəti qiymətləndirmək üçün bölgəyə yollanmasını tapşırıb.

 

Share: