Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin yığmaya nə vaxt qoşulacağını açıqlayıb.
Millətin Səsi. az xəbər verir ki, bu haqda “Diario Sport” məlumat yayıb.
Skaloni bildirib ki, Messi Burkina-Faso ilə yoxlama oyunundan sonra, həftənin sonunda Argentinaya gələcək. Lakin futbolçu oktyabrın 3-də meydana çıxmaq istəsə, bunun da mümkün olduğunu qeyd edib.
Argentina 30 sentyabrda Boliviya, 3 oktyabrda Burkina-Faso, 6 oktyabrda isə Beninlə qarşılaşacaq. Beninlə matçın Messinin milli komandadakı son oyunu olacağı və həmin görüşdə kapitan sarğısını da onun daşıyacağı bildirilir.
Messi Argentina millisində 207 oyuna çıxıb və 125 qol vurub.
Qol.az


