Renat 90 dəqiqə oynadı

İngiltərə Premyer Liqa kubokunda növbəti oyunlar keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası doğma meydanda “Derbi Kaunti”nin U-23 kollektivi ilə üz-üzə gəlib. Görüş “Vulverhempton”un məğlubiyyəti ilə başa çatıb – 1:3.

Dadaşov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

H qrupunda yer alan  “Vulverhempton” 9 xalla ikinci yeri tutub və pley-off mərhələsinə vəsiqə qazanıb.

Share: