Reznikov amerikalı həmkarı ilə danışıqlar apardı 

ABŞ müdafiə naziri Aleksey Reznikov amerikalı həmkarı Lloyd Ostin ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Reznikov özünün “Twitter” hesabında məlumat yayıb.

 

O qeyd edib ki, hər iki dövlət Ukraynanın qələbəsini və Avropada sülhün bərpasını təmin etmək üçün fəaliyyətini davam etdirir.

 

Reznikov amerikalı həmkarı və böyük dostu ilə görüşməkdən şad olduğunu bildirib.

 

“Ukrayna-ABŞ tərəfdaşlığı güclüdür. Biz Ukraynanın qələbəsini təmin etmək və Avropada sülhü bərpa etmək üçün çalışmaqda davam edəcəyik”, – nazir vurğulayıb

Mənbə

Share: