Riddə savaşları nə deməkdir?

Hərfi mənada “riddə savaşları” dindən dönmüş, yəni mürtəd olmuş şəxslərlə aparılan savaş mənasını verir. İslam tarixində Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra, Əbubəkrin xilafətinin əvvəllərində bəzi ərəb qəbilələrinə qarşı həyata keçirilmiş hərbi yürüşlər bu cür adlandırılır.

Milletinsesi.az islam.az-a istinadən bildirir ki, əhli-sünnə mənbələrinə görə, Peyğəmbərin vəfatından sonra bəzi ərəb qəbilələri İslam dinindən çıxdılar və zəkat verməkdən imtina etdilər. Bu zaman Əbubəkr onların üzərinə ordu göndərdi və həmin qəbilələri cəzalandırdı. Şiə mənbələrinə görə isə bəzi qəbilələrin zəkat verməkdən imtina etmələrinin səbəbi dindən çıxmaq deyil, Əbubəkri xəlifə kimi tanımamaq idi. Onlar Peyğəmbərin (s) vəfatından sonra İmam Əlinin (ə) xəlifə olacağını gözləyirdilər. Amma Mədinədə baş verən hadisələri eşidəndə etirazlarını bildirdilər və bu hökumətə zəkat verməkdən imtina etdilər.

Share: