Roberto Bordin C Seriyası klubunda

Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin yeni klubu müəyyənləşib.

Qol.az “tuttomercatoweb.com” nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Vətənində çalışacaq.

Bordinin C Seriyası təmsilçisi “Sambenedetteze”nin baş məşqçisi olacağı bildirilib. O, bu vəzifədə sabiq “Yuventus”lu Paolo Monteronu əvəzləyəcək.

Qeyd edək ki, Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər “Neftçi”ni çalışdırıb.

Share: