“Rolls-Royce” 2022-ci ildə rekord sayda satılıb

“Rolls-Royce” şirkətinin ötən il satdığı avtomobillərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin direktoru Torsten Müller-Otvos “Gulf News”a açıqlamasında məlumat verib.

 

O bildirib ki, 2022-ci ildə şirkət rekord sayda avtomobil satıb.

 

“Bu vaxta qədər heç belə olmamışdı. 12 ay ərzində 6 min ədəd avtomobil sata bilmişik. Bu, rekord saydır. Bütün modellərimizə ötən il yüksək maraq oldu”, – deyə o söyləyib.

 

Direktorun sözlərinə görə, satış göstəricisi 2021-ci ildəki müvafiq rəqəmlə müqayisədə 8 faiz artıb.

Mənbə

Share: