Roma Papası yenidən Ukraynanı sülh danışıqlarına sövq edir

 

“Müharibənin davam etdirilməsi özünü məğlub etmək deməkdir…”

 

“Sülh danışıqları zəifliyin deyil, gücün təzahürüdür…”

 

Roma Papası Fransisk Ukrayna və Fələstində tezliklə sülh danışıqlarına çağırış edib, çünki müharibənin davam etdirilməsi, onun sözlərinə görə, həmişə məğlubiyyət deməkdir.

 

Moderator.az xəbər verir ki, bu barədə “Vatican News” nəşri məlumat verib. Məlumatı “glavred.info” nəşri yayıb.

 

Pantifik qeyd edib ki, “Ukrayna və Müqəddəs Torpağın, Fələstin və İsrailin incidilmiş xalqları bu gün “müharibənin dəhşətlərindən güclü əzab çəkir”.

 

“Gəlin, heç vaxt unutmayaq ki, müharibə həmişə məğlubiyyət deməkdir. Müharibəni davam etdirmək olmaz. Biz müharibənin dayandırılması haqqında danışıqlar aparılması üçün bütün səylərimizi əsirgəməməliyik”, – Fransisk bəyan edib.

 

Xəbər verildiyi kimi, martın əvvəlində Roma Papası Fransisk jurnalistlərə verdiyi müsahibəsində bəyan edib ki, Rusiya-Ukrayna müharibəsində uduzan tərəf özündə cəsarət tapıb danışıqlara razı olmalıdır.

 

“Mən hesab edirəm ki, vəziyyəti anlayan, insanlar barədə düşünənlər ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarətli olmalıdır”, – Fransisk deyib.

 

Onun bu sözləri təkcə Ukraynada deyil, həm də Qərbdə qəzəb dalğası yaradıb, Papadan hətta katolik yepiskoplar izahat istəyib.

 

Bundan dərhal sonra Vatikanın dövlət katibi kardinal Pyetro Parolin izah edib ki, Ukrayna üçün “ağ bayraq” ideyası müharibənin diplomatik yolla həlli üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

 

O, həmçinin bəyan edib ki, danışıqlar zəifliyin deyil, gücün təzahürüdür.

 

Ukrayna prezidenti Vladimir Zelenski bu bəyanata sərt münasibət bildirib. O, Papanın bəyanatını “virtual vasitəçilik” adlandırıb.

 

Papanın sözləri Kremldə, təbii ki, məmnunluq doğurub.

Mənbə

Share: