“Roma”dan 4 milyonluq transfer

“Roma” İspaniyanın “Elçe” komandasından Qonsalo Vilyarı transfer edib.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 31 yaşlı ispan yarımmüdafiəçi üçün 4 milyon avro təzminat ödənilib. Müqavilə 2024-cü ilin iyunun sonuna qədər imzalanıb. Futbolçu 14 nömrəli formanı geyinəcək.

Hazırkı mövsümdə Qonsalo Vilyar İspaniya ikinci divizionunda 20 oyun keçirib, 1 qol vurub.

Share: