Ronaldo vəsiyyətnamə yazdı – varisi…

“Yuventus”un  futbolçusu Kriştiano Ronaldo vəsiyyətnamə yazıb.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, 34 yaşlı hücumçu bununla bağlı Lissabonda vəkili ilə görüşüb və sənədin bütün detallarını müzakirə edib.

Qeyd edilir ki, Ronaldo ölsə, onun əsas varisi sevgilisi Corciana Rodriges olacaq. O, portuqaliyalı futbolçunun övladının anasıdır.

Qeyd edək ki, Ronaldonun var-dövləti 300 milyon avrodan çox qiymətləndirilir.

Share: