Rubinyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI

Rubinyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI

“Ümid edirik ki, razılaşmalar yerinə yetiriləcək”.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə sərhəddəki keçid məntəqəsində iş üzrə razılaşma barədə danışarkən deyib.

 

O, jurnalistlərə bildirib ki, Ermənistan tərəfinin məntəqənin infrastrukturunun yaxşılaşdırılması üzrə işi tezliklə başa çatacaq: 

 

“Ermənistan ümid edir ki, Türkiyə tərəfi də əldə olunmuş razılaşmaları yerinə yetirəcək”.

 

Vitse-spiker qeyd edib ki, ümumiyyətlə, danışıqlar prosesi dayanmır və lazım gələndə, o, Türkiyənin xüsusi nümayəndəsi ilə əlaqə saxlayır:

 

“İndi yeni görüşlə bağlı heç bir razılaşma yoxdur və olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Mənbə

Share: