Rusiya 50 ildən sonra Aya ekspedisiya göndərdi

Rusiya 50 ildən sonra Aya ekspedisiya göndərdi

 

Rusiyanın “Soyuz-2.1b” raketi “Luna-25” kosmik gəmisini müvəffəqiyyətlə Yerin orbitinə çıxarıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Roskosmos”dan məlumat verilib.

Kosmik gəmi Rusiyanın Amur vilayətindəki “Vostoçnıy” kosmodromundan buraxılıb.

Əgər hər şey plan üzrə getsə, beş gündən sonra stansiya 100 km hündürlükdə Ayın yaxın qütb orbitinə daxil olacaq. Cənub qütbünün ərazisində optimal eniş yerini seçmək üçün burada daha üç-yeddi gün qalacaq.

“Roskosmos”un planına görə, modul “Boquslavski” kraterinin yaxınlığında yerləşdiriləcək. Layihənin yekun mərhələsinin 2035-ci ildən sonrakı dövrdə tamamlanması nəzərdə tutulub ki, o zamana qədər Ayda tam şəkildə ziyarət edilə bilən bazanın tikintisi başa çatmalıdır.

Xatırladaq ki, 1976-cı ildən bəri, təxminən 50 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində Rusiya avqustun 11-də ölkənin uzaq şərqindəki bir qəsəbəni boşaldıb.

Missiyanın əsas hədəfləri sırasında yumşaq eniş texnologiyalarının inkişaf etdirilməsi, Ayın daxili quruluşunun öyrənilməsi və su mənbələrinin axtarışı kimi məsələlər yer alır.

Mənbə: RBC.ru

 

Share: