“Sabah” basketbol klubu növbəti transferini reallaşdırıb

“Sabah” basketbol klubu növbəti transferini reallaşdırıb

 

“Sabah” basketbol klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

Milletinsesi.az-a görə, klubdan verilən məlumata görə, Şirzad Şirzadovla 1 illik müqavilə bağlanıb.

23 yaşlı oyunqurucusu ötən mövsüm NTD komandasında çıxış edib. O, 2017-ci ildə Azərbaycanın U-16 millisi ilə Avropa çempionatının C Divizionunda ikinci yeri tutub.

Qeyd edək ki, “Sabah” buna qədər Azərbaycan millisinin əsas heyət üzvü Endər Poladxanlını “Sərhədçi”dən transfer edib.

Mənbə

Share: