Rusiya Belarusa nüvə silahları YERLƏŞDİRİR

Rusiya Belarusda taktiki nüvə silahları yerləşdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

 

O qeyd edib ki, Rusiya iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdıracaq. Putinin sözlərinə görə, Rusiya Federasiyası artıq nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” kompleksini Belarusa verib.

 

Putin deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə nüvə silahının yerləşdirilməsini istəyib. Onun sözlərinə görə, Rusiyada müdafiə sənayesi çox sürətlə inkişaf edir və ölkə Ukraynaya tədarük ediləndən üç dəfə çox sursat istehsal edəcək.

Mənbə

Share: