Rusiya Britaniya vətəndaşlarını “qara siyahı”ya saldı

Rusiya Böyük Britaniyadan olan 23 nəfərin ölkəyə girişinə qadağa qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Britaniya vətəndaşı olan hərbçilər və ədliyyə işçiləri “qara siyahı”ya daxil edilib.

 

Bildirilir ki, Ukrayna qoşunlarına rus ordusuna qarşı döyüşmək üçün təlim keçməyə kömək edən britaniyalı zabitlərin Rusiyaya girişi qadağan edilib.

Mənbə

Share: