Rusiya, Çin və İran birgə təlimləri başa vurdu 

Rusiya, Çin və İranın Ərəbistan dənizində birgə keçirdiyi hərbi dəniz təlimləri başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Təlimlər martın 16-dan 17-dək keçirilib. Təlimlərdə “Zirkon” hipersəs raketlərini daşıyan “Admiral Qorşkov” freqatı iştirak edib.

 

İştirakçılar müxtəlif birləşmələrdə və döyüş əmrlərində birgə taktiki manevrlər həyata keçiriblər. Hərbçilər gündüz və gecə artilleriya atəşi təlimləri keçib.

Mənbə

Share: