Koronavirus epidemiyası ilə əlaqədar Rusiya Çinlə Uzaq Şərqdəki sərhədlərini bağlayıb.
Milletinsesi.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Baş nazir hökumətin iclasında bildirib ki, koronaviriusun yayılmasının qarşısını almaq üçün atılan addımlar çərçivəsində bu qərar verilib və digər müvafiq tədbirlər barədə ictimaiyyət məlumatlandırılacaq.