Rusiya Ermənistandan balıq idxalını azaldacaq

Rusiya Ermənistandan balıq idxalını azaldacaq

Rusiya Ermənistandan idxal olunan balıqları əvəz etmək üçün İran və Türkiyədən balıq tədarükünü artırıb.

Millətin Səsi.az xəbər verir ki, bunu Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert deyib.

“Rusiya başa düşürdü ki, Ermənistandan diri balıq tədarükünə məhdudiyyətlər qoymalı olacaq. Buna görə də digər ölkələrdən məhsul idxalı artıb”, – o bildirib.

Share: