Rusiya futbolunda rəzalət

Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Premyer Liqası dünən bərpa olunub.

Qol.az xəbər verir ki, 23-cü turun “Soçi” – “Rostov” oyunu böyük səs-küyə səbəb olub. Məsələ burasındadır ki, matça bir neçə gün qalmış “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlanıb və bütün əsas komanda karantinə yerləşdirilib. Amma oyunun təxirə salınması haqda onların istəyinə “Soçi” klubu mənfi cavab verib. Məcburiyyət qarşında qalan “Rostov”, sonradan özlərinin yaydığı açıqlamaya görə, meydana aşağı yaş qruplarının 16-19 yaşlı futbolçularını buraxmaq məcburiyyətində qalıb.

“Soçi” isə əsasən uşaqlarla oynamasına əhəmiyyət vermədən rəqib qapısına 10 qol vurub. “Rostov” bu qollardan yalnız birinə cavab verib – 10:1. Maraqlıdır ki, “Rostov”un 17 yaşlı qapıçısı Denis Popov bu matçın qəhrəmanına çevrilib.  O, 10 qol buraxsa da, 15 dəfə də seyv edib və bununla matçın ən yaxşı oyunçusu seçilib.

Share: