Rusiya gələn koronavirus peyvəndinin il istehsalına başlayacaq

Rusiyanın Qamaley adına Milli Tədqiqat Mərkəzi koronavirusa qarşı ilk peyvəndin hazır olduğunu bəyan edib.

“Millətin Səsi.az” x əbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov “Argumenti i Faktı” qəzetinə müsahibəsində bildirib.

“Artıq mütəxəssislərimiz və Milli Tədqiqat Mərkəzinin alimləri tərəfindən nəticələrin son qiymətləndirməsi aparılıb. Koronavirus immuniteti almış bütün könüllülər özlərini yaxşı hiss edirlər”, – nazir müavini açıqlayıb.

Tsalikovun sözlərinə görə, ölkənin Silahlı Qüvvələri bu cür tədqiqat aparmaq üçün ciddi elmi və kliniki potensiala malikdir. O qeyd edib ki, Rusiya hərbi viroloqları və həkimləri ebola da daxil olmaqla təhlükəli xəstəliklərə qarşı peyvəndlərin hazırlanmasında birbaşa iştirak edirdilər.

Bundan əvvəl isə Seçenov Universitetinin Dərmanların Klinik Araşdırma Mərkəzinin rəhbəri Elena Smolyarçuk Rusiyada COVID-19 əleyhinə peyvənd olunmuş bütün könüllülərdə koronavirusa qarşı immunitetin əmələ gəldiyini söyləmişdi.

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) rəhbəri Kirill Dmitriyev yaxın gələcəkdə Rusiyada 40-50 milyon insan üçün koronavirusa qarşı peyvəndin hazırlanmasının tələb olunduğunu açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ilin sonunadək 200 milyon dozaya qədər dərmanın istehsalı planlaşdırılır. Bunun 30 milyonunu Rusiyada, qalanını isə dünyada digər tərəfdaş şirkətlər hazırlayacaqlar. 2021-ci ildə üç milyarddan çox dozada adenoviral vektor peyvəndləri buraxılacaq.

O, əlavə edib ki, yerli dərman vasitəsinin kütləvi istehsalının avqust ayında baş tutacağı gözlənilir. Digər ölkələrdə isə, istehsala sentyabr ayında başlanacaq: “Bu peyvəndin kütləvi istehsalı pandemiyanın ikinci dalğasını dayandıra biləcək”, – Dmitriyev deyib.

Xatırladaq ki, Rusiyada son bir gün ərzində 5940 yeni növ koronavirusa yoluxma faktı aşkar edilib. Rusiyada yoluxanların ümumi sayı 777 mini keçib. Onlardan 553 mindən çoxu sağalıb, 12,4 mindən çoxu ölüb.

Virtualaz

Share: