Rusiya iki ölkəni hədələdi: “İsgəndər”, nüvə…

İsveç və Finlandiyada NATO-ya üzv olmaqla bağlı ictimai rəy təxminən yarıbayarıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Heç bir ağlı başında olan adam qiymətlərin və vergilərin qaldırılmasını, sərhədlərdə gərginliyin artırılmasını, “İsgəndər”lər, hipersəs raketləri və nüvə silahı olan gəmilərin evinin yanında olmasını istəməz. Ümid edək ki, şimal qonşularımızın ağılı qalib gələcək. Yox, əgər olmasa, necə deyərlər, “o özü gəlib”, – Medvedyev bildirib.

Qeyd edək ki, İsveç NATO-ya üzv olmaq üçün müraciət edəcəyini açıqlayıb.

Share: