Rusiya Silahlı Qüvvələri Qara dənizdə iki yük gəmisinə zərbələr endirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəmilər Odessa şəhərinin cənub və şərq istiqamətində yerləşib və hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirib.
Zərbələr pilotsuz uçuş aparatları ilə endirilib.


