Rusiya Mərkəzi Bankı: Böhran içindəyik

Rusiya Mərkəzi Bankı, Ukrayna müharibəsiin gətirdiyi sanksiyalardan sarsıldığı bir vaxtda ölkədəki böhranı qiymətləndirən “2022-ci il Pul Siyasəti Hesabatı ” nəşr edib.

Millətin Səsi.az xəbər verir ki,

bank böhranı “90-cı illərdən bəri ən böyük böhran” kimi xarakterizə edib.

Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların 2024-cü ilə qədər davam etməsinin gözlənildiyinə diqqət çəkən hesabatda, “Ümumiyyətlə davam edən qeyri-müəyyənliklər və Rusiya ixracına qoyulan məhdudiyyətlər qlobal əmtəə bazarlarında qiymətləri yüksək tutmağa davam edəcək” deyə bildirilir.

Hesabatda Rusiya iqtisadiyyatının 2023-cü ilin ortalarına qədər sanksiyalara əhəmiyyətli dərəcədə uyğunlaşacağı qeyd edilsə də, “2022-ci il böhranı Rusiya iqtisadiyyatı üçün 90-cı illərdən bəri ən kritik həddə çatıb.

Share: