Rusiya Xersonu tam ələ keçirmək istəyir: Növbəti əməliyyat…

Rusiya hərbçiləri yaxın günlərdə bütün bölgəni ələ keçirmək məqsədilə Xerson vilayətində hücum əməliyyatlarını bərpa edə bilər.

Axar.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, ruslar Bruskinskoye və Bolşaya Aleksandrovkaya nəzarəti ələ keçirərək Xerson vilayətinin qərbində öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Bu yaşayış məntəqələri Nikolayev vilayəti ilə həmsərhəddir. Qeyd olunan amil onlara bu istiqamətdə hücuma kömək edə bilər.

“Rusiya çətin ki, işğal olunmuş ərazilərdə psevdorespublikaları yaratmağı planlaşdırsın. Çox güman ki, ölkə işğal etdiyi Ukrayna ərazilərinin birbaşa Rusiyaya birləşdirilməsini istəyir. Hazırda cənub oxu boyunca və Donetsk və Luqansk vilayətlərində Rusiya çıxılmaz vəziyyətdə qalır. Ukrayna qüvvələri Xarkovdan daha şimal-şərqdə doğru irəliləyib. Ukrayna ordusunun əks hücumu rus qoşunlarını müdafiəyə keçməyə məcbur edib və şəhərə artilleriya təzyiqini zəiflədib. Eyni zamanda, ruslar Severodonetsk-Rubejnye-Lisiçansk bölgəsində Ukrayna mövqelərini mühasirəyə almaq cəhdlərini davam etdirirlər. Hücumun uğur qazandığına dair heç bir sübut yoxdur”,- məlumatda deyilib.

Share: