“Rusiya nədən İl-76 təyyarə qəzası ətrafında bu qədər manipulyasiya edir?” 

“Əgər təyyarədə 65 nəfər hərbi əsir olubsa, Rusiya nədən bir neçə gündür ki, meyitləri gizlədib və gizlətməkdə davam edir?..”

 

“Rusiya bununla Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsini əngəlləmək istəyir…”

 

“Tərəflərdən heç biri təyyarə ilə bağlı əslində nə baş verdiyi sualına cavab verə bilmir…”

 

Rusiya Ukraynanı maksimal olaraq ittiham etmək üçün həlak olanların cəsədlərini göstərməlidir, amma bunu etməyib.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bəyan edib və deyib ki, vəziyyət sonadək hələ aydın deyil.

 

“Təəssüf ki, orada nələrin baş verdiyini sualına tərəflərdən heç biri cavab verə bilmir”, – Budanov qeyd edib və əlavə edib ki, Rusiya öz bəyanatlarında hər şeydə standart şəkildə Ukraynanı ittiham edir, lakin onun bu mövqeyində diqqət yetiriləcək bir sıra şübhəli məqamlar var.

 

“Belə mövqe üçün bir sıra aydın olmayan amillər var. Hər şeydən öncə, rusiyalılar maksimal olaraq Ukraynanı ittiham etmək üçün hər tərəfdə meyitlər və onların qalıqları səpələnmiş ərazini göstərməyib. Hətta bu da yoxdur…

 

Əgər Rusiyanın iddia etdiyi kimi, bu, baş veribsə, o zaman Rusiya nədən bir neçə gündür ki, meyitləri gizlədib və gizlətməkdə davam edir? 

 

O ki, bunu bütün dünyaya nümayiş eydirməliydi: “Baxın, ukraynalılar qatildir”. Amma meyitlər yoxdur, heç nə yoxdur”, – Budanov qeyd edib.

 

“Hazırda İl-76 təyyarə qəzasının təfərrüatlarına içıq salan hər-hansı faktlar yoxdur…”

 

Rusiyalılar fəal surətdə Belqorod vilayətində İl-76 təyyarənin qəzaya uğraması mövzusu ilə manipulyasiya edərək, Ukraynaya HHM sistemlərinin verilməsi prosesini əngəlləmək istəyir. 

 

Bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib.

 

O, vurğulayıb ki, hazırda İl-76 təyyarə qəzasının təfərrüatlarına işıq sala biləcək hər-hansı faktlar yoxdur.

 

O, qeyd edib ki, təyyarədə məhz kimlərin olduğu məlum deyil, çünki rusiyalılar fəal surətdə beynəlxalq tədqiqatın aparılmasına qarşı çıxır.

 

“Maraqlıdır, nədən onlar müharibənin iki ilindən sonra da fəal surətdə belə manipulyasiyaya əl atır? Mən burada iki məqam görürəm. Birincisi, Ukraynaya HHM sistemlərin verilməsini əngəlləmək. Son aylar biz Rusiyanın çoxsaylı təyyarələrinin məhv ediməsinin şahidləriyik. 

 

Yəni Rusiya üçün bunun belə olmaması, Ukraynanın Rusiya təyyarələrini vurmaq və ya cəbhə xəttində raketdən müdafiə sistemlərindən istifadə etmək imkanının olmaması vacibdir”, – Podolyak izah edib.

 

Eyni zamanda, onun sözlərinə görə, rusiyalıların digər məqsədi Rusiyanın işğalçı qoşunları tərəfindən müharibənin aparılması qaydaları və konvensiyalarının pozulmasına sivil dünyanın diqqətinin azalması ola bilər.

 

İl-76 təyyarə qəzası-bəlli olanlar

 

Yanvarın 26-da Rusiyanın Belqorod vilatyətində İl-76 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya iddia edir ki, təyyarədə 65 hərbi əsir, altı ekipaj üzvü və üç rusiyalı hərbçi olub.

 

Ukrayna tərəfi hələlik təyyarədə hərbi əsirlərin olmasını təsdiq etməyib. BMT həmçinim bunu müəyyən edə bilmir.

 

Baş Kəşfiyyar İdarəsi təsdiq edib ki, həmin gün həqiqətən əsirlər mübadiləsi nəzərdə tutulub. Ukrayna razılaşmaların bir hissəsini icra edərək, rusiyalı əsirləri təyin olunan yerə gətirib, lakin mübadilə baş tutmayıb.

 

Hadisədən iki gün sonra bunu şərh edən prezident Putin bəyan edib ki, təyyarə HHM raketi ilə vurulub.

 

Mənbə

Share: