Rusiya Odessanı bombalamğa hazırlaşır

Rusiya Odessada yeni cəbhə açmağa hazırlaşır.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Zelenski deyib.

Müharibəbin 11-ci günündə gözlər cənubdakı Odessaya çevrildi. Ukrayna prezidenti Vladimir Zelenski dünən xalqa müraciətində deyib: “Onlar Odessanı bombalamağa, şəhəri təyyarə, raket və tanklarla keçməyə hazırlaşırlar”.

Qeyd edək ki, Ukraynada ən şiddətli toqquşmalar Kiyev yaxınlığındakı İrpin və Buça, Qostomel və Makarov qəsəbələrində baş verib. Bombardmana məruz qalan cənub şəhərlərindən biri olan Mariupolda mülki əhalinin təxliyəsi üçün dünən atəşkəs elan edilsə də, bu, qısamüddətli olub.

Share: