Rusiya Quru Qoşunları komandanı Belarusa getdi

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları baş komandanı Oleq Salyukov Belarusa gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi “BelTA” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Salyukovun başçılıq etdiyi hərbi komissiya Belarus Müdafiə Nazirliyində olub. Nazirlikdə müxtəlif görüşlər keçirən Salyukovun komissiyası hərbi hissələrdə inspeksiya həyata keçirib.

 

Həmçinin səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin poliqonlarından birindəki regional hərbi qrupa baxış keçirildiyi qeyd olunub.

 

Mənbə

Share: