Rusiya üçün əlimdən gələni etdim, alınmadı

Bir vaxtlar Rusiyanın ABŞ-ın tərəfdaşı olması üçün əlimdən gələni etdim.

 

Bunu ABŞ-ın keçmiş prezidenti Bill Klinton Praqada “Təhlükəsizliyimiz təmin olunmur” adlı konfransda çıxış edərkən deyib. Eks-prezidentin sözlərinə görə, o, Rusiyanı özünə tərəfdaş etməyə çalışıb: “Mən bunun üçün əlimdən gələni etdim. Bu cəhdlərə görə bir dəqiqə belə peşman deyiləm”. O, həmçinin 1997-ci ildə imzalanmış NATO-Rusiya Təhlükəsizlik Aktını da xatırladıb: “Biz uğursuzluğa düçar olduq, Rusiya başqa istiqamətə getdi, lakin düzgün olanı etməyə çalışmaq vacibdir”.

 

Eyni zamanda, ABŞ-ın keçmiş rəhbəri hesab edir ki, yaxın 25 ildə insanların yeni, daha yaxşı tarix yazmaq şansı olacaq.

Mənbə

Share: