Rusiya Ukraynanın Jıtomir vilayətini atəşə tutub, ölən və yaralananlar var

Rusiya Ukraynanın Jıtomir vilayətini atəşə tutub, ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Jıtomir vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu barədə Zvyangelski şəhər şurası məlumat yayıb.

“İyunun 9-na keçən gecə düşmənin növbəti raket hücumu nəticəsində icmamızın özəl sektorunun yaşayış sahəsi vurulub. Şəhər başçısı Nikolay Borovetsin sözlərinə görə, altı ev dağılıb, onlarla evə ziyan dəyib”, – məlumatda qeyd olunub.

Mənbə

Share: