Ermənilər Bakıda, Şuşa və Xocalıda nə baş verir… – Modern.az-ın icmalı

İyunun 8-də Ermənistan ordusunun növbəti təxribatı, XİN başçılarının görüşünün ləğv edilməsi, Bakıda MDB-nin Sərhəd Qoşunlarının rəsmilərinin görüşü və digər mövzular gündəmdə olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. İyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

 

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri isə kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

 

Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-ci iclası keçirilib. İclasda Ermənistan rəsmiləri də iştirak ediblər.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda Azərbaycan Ordusu tərəfindən saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər. Qörüş iyunun 7-də baş tutub. Saxlanılan şəxslərlə təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

 

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb. Məktubda spiker Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. “Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi məlumat veriləcək”, – Ermənistan XİN rəsmisi qeyd edib. Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. “Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”, – XİN rəsmisi qeyd edib.

 

Türkiyədə 14 mayda keçirilən parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından Ərzincanın deputatı seçilən Türkiyə Dəyişim Partiyasının (TDP) sədri Mustafa Sarıgül partiyasının CHP ilə birləşəcəyini açıqlayıb.

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Telefon danışğı zamanı İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16 qırıcılarının alınması və modernləşdirilməsi, Ukraynanın taxıl sazişi müzakirə edilib.

 

Hakan Fidan, həmçinin ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb. Kuleba Hakan Fidanı yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib. O, türk həmkarını Ukraynaya dəvət edib. Telefon danışığı zamanı Ukraynadakı cari hadisələr müzakirə olunub.

 

Əfqanıstanda terror aktında ölən hakimiyyət nümayəndəsinin dəfn mərasimində partlayış törədilib. Cənazə namazı vaxtı bomba partladılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hələlik neçə nəfərin öldüyü barədə məlumat verilməyib.

 

Ukrayna prezidenti Volodimir Zelenski Xersona səfər edib. O, Xersonda iclas keçirib, “Koxovka” su elektrik stansiyasının partladılması nəticəsində yaranan daşqınlar zamanı itkilərin hesablanması və insanlara kompensasiya verilməsi üçün vəsaitin ayrılmasının vacibliyini qeyd edib.

 

Rusiyanın Soçi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclası keçirilib. İclasdan əvvəl hökumət başçıları birgə foto çəkdiriblər. Toplantıda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib.

 

Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası başa çatıb. İclas 3 saat davam edib. Toplantıda Azərbaycan-Ermənistan münasibətləri də müzakirə olunub. İclasdan sonra yayılan bəyanatda bildirilib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olmasının əsasını təşkil etməklə yanaşı, qlobal sabitliyə mühüm töhfə verəcək. Açıqlamada Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə edilib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

 

Türk İnvestisiya Fondu nəyi dəyişəcək? – Hədəflər böyükdür

“Naxçıvanbank” Talıbovların yalanını İFŞA ETDİ

Deputatların yazdıqları kitablar: “Qara Duman”, “Tanrı şam yandırıb”…  – ARAŞDIRMA

Nyu-York əhalisinə xəbərdarlıq: Küçəyə çıxmayın!

MİT-dən uğurlu əməliyyat: PKK liderlərindən biri zərərsizləşdirildi

Vətəndaşlar bizi hər problemi həll edəcək şəxs kimi görür – Deputatla MÜSAHİBƏ

Sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin coğrafiyası genişlənir

“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçdi

“WhatsApp”da yeni funksiya: Teleqram kimi olacaq…

Ölkəmizdə “Uber” və “Bolt” qadağan olunsun? – Deputatlardan reaksiya

Kılıçdaroğlu deyib ki, bir də namizəd olmayacağam – İDDİA

Rusiyadan Azərbaycana TƏLƏ – Xəritə planı İFŞA OLUNDU

ABŞ-dan Bayramov-Mirzoyan görüşü barədə AÇIQLAMA

Rusiya səfiri Azərbaycanı TƏRK EDİR

Mənbə

Share: