Rusiya və ABŞ nüvə danışıqlarını təxirə saldı

Rusiya və ABŞ arasında bu həftə keçirilməsi planlaşdırılan nüvə silahı üzrə danışıqlar təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

İki ölkənin rəsmiləri COVID-19 pandemiyası ilə əlaqədar dayandırılmış Yeni START adlı nüvə silahlarının azaldılması müqaviləsi çərçivəsində yoxlamaların bərpasını müzakirə etmək üçün noyabrın 29-dan dekabrın 6-dək Misirin paytaxtı Qahirədə görüşməli idilər.

 

“Kommersant” qəzeti ABŞ səfirliyinə istinadən qərarın Rusiya tərəfindən verildiyini bildirsə də, heç bir səbəb göstərməyib.

 

Akif İsmayılov

Mənbə

Share: