Rusiya və Türkiyə razılaşdı – XİN-dən açıqlama

Türkiyə və Rusiya rəsmləri Moskvada Liviya ilə bağlı məsləhətləşmələr aparıb.

Bu bardə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlarda Rusiya tərəfini Prezident Putinin yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixael Boqdanov, Türkiyə heyətinə isə xarici işlər naziri Sədat Önal rəhbərlik edib.

Məlumata görə, Liviyadakı böhranın tez bir zamanda həll edilməsinə dəstək göstərmək də daxil olmaqla problemlə bağlı təmasları davam etdirmək barədə razılaşma əldə edilib.

Xatırladaq ki, dünən Türkiyə rəsmilərindən ibarət 10 nəfərlik heyət Moskvaya gələrək Liviya və Suriya mövzusunda müzakirələr aparıb./teleqraf

Share: